"Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq- YENİLİK

2030-cu ildən etibarən Bakı metropolitenində dörd keçid stansiyasının fəaliyyət göstərməsi mümkün olacaq.
Təhlil.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Məmmədov məlumat verib.
Onun sözlərinə görə, “bənövşəyi”, “yaşıl” və “qırmızı” xətlər bir-biri ilə kəsişəcək. Bu isə sərnişinlərə bir xətdən digərinə keçərək şəhərin müxtəlif istiqamətlərinə daha rahat hərəkət etmək imkanı verəcək.
Keçid stansiyalarından biri “Sahil” stansiyasının yaxınlığında, digəri isə “Xətai” stansiyasının yanında inşa ediləcək. Yeni keçidlər vasitəsilə sərnişinlərin “Avtovağzal”dan “Sahil”, eləcə də “Əhmədli” və “Həzi Aslanov” istiqamətinə hərəkəti asanlaşacaq.
Bəxtiyar Məmmədov bildirib ki, bu layihələrin həyata keçirilməsi ilə metro stansiyalarının yerüstü nəqliyyatın yükünün azaldılmasında rolu daha da artacaq.