Bu gün
İordaniyaya vizasız getmək mümkün olacaq

Azərbaycanla İordaniya arasında viza rejimi ləğv ediləcək.
Təhlil.az xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 14-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.
Saziş Azərbaycanla İordaniya arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsini nəzərdə tutur.