Bu gün

Azərbaycanda doğum kəskin azalıb

Azərbaycanda doğum nisbəti və təbii artım azalıb 2025-ci ildə Azərbaycanın təbii əhali artımı 36.041 nəfər təşkil edib ki, bu da bütün statistik dövrdə ən aşağı göstəricilərdən biridir.

Təhlil.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin yaydığı məlumata əsasən, ötən il ölkədə 95.875 uşaq doğulub, 59.834 nəfər isə ölüb.

Bu o deməkdir ki, hər 1000 nəfərə 9,4 doğum və 5,8 ölüm, təbii artım isə hər 1000 nəfərə 3,6 nəfər təşkil edib.

Müqayisə üçün, 2015-ci ildə Azərbaycanda 166.210 uşaq doğulub və təbii artım 111.513 nəfər olub. Son on ildə doğum nisbəti 70.000-dən çox, təbii artım isə 75.000-dən çox azalıb.