Bu gün

Naxçıvanda dabaq xəstəliyindən azad zona yaradılacaq

Naxçıvan iqtisadi rayonunda dabaq xəstəliyindən azad zona yaradılacaq.

Bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.

2027-2032-ci illər ərzində dabaq xəstəliyindən azad zonanın yaradılması məqsədilə ilkin araşdırma aparılması və dabaq xəstəliyindən azad zonanın yaradılmasına dair hesabatların hazırlanaraq aidiyyəti beynəlxalq təşkilata təqdim edilməsi planlaşdırılır.

2027-2032-ci illəri əhatə edən prosesdə əsas icraçı qurum kimi Qida Təhlükəsizliyi Agentliyi təyin edilib.