Dünən
DİM imtahanlarında dəyişiklik gözlənilir

Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi imtahanlarda gələcəkdə PISA tipli tapşırıqların tətbiqi mümkün ola bilər.
Təhlil.az xəbər verir ki, bunu PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşündə Təhsil İnstitutunun direktoru vəzifəsini müvəqqəti icra edən, elm və təhsil nazirinin müşaviri Elnur Əliyev deyib.
O bildirib ki, Dövlət İmtahan Mərkəzi son dövrlərdə PISA yanaşmasına uyğun, bacarıq əsaslı tapşırıqların hazırlanması istiqamətində fəaliyyətə başlayıb.
E.Əliyevin sözlərinə görə, gələcəkdə bu yanaşmanın DİM tərəfindən keçirilən imtahanlarda da tətbiqi gözlənilir.
03 sentyabr