Dünən

Lisey və gimnaziyalara qəbulun II mərhələsinin nəticələri açıqlanıb

2026–2027-ci tədris ili üzrə mərkəzləşdirilmiş imtahanla şagird qəbul edən lisey və gimnaziyalarda II mərhələ üzrə seçimlərin nəticələri şagirdlərin şəxsi kabinetlərinə əlavə edilib.

Təhlil.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Təhsil İnstitutu məlumat yayıb.

Bildirilib ki, şagirdlər qəbul nəticələri ilə sy.edu.az platformasında “İmtahanlar” bölməsindən tanış ola bilərlər:

"Şagirdlər üçün avtomatik sorğular yaradılmışdır. Hər bir şagird şəxsi kabinetindəki “Sorğularım” bölməsindən müvafiq məlumatları izləyə bilər.

Sənədlərin (şəxsi işlərin) 7 sentyabr saat 12:00-dək təhsil müəssisəsinə təqdim edilməlidir. 2 sentyabr tarixindən etibarən qeyd olunan tarixədək sənədləri təqdim etməyən şagirdlərin sorğuları sistemdən silinəcək və qəbul nəticələri etibarsız hesab ediləcək".

Qeyd edilib ki, lisey və gimnaziyalara qəbul üzrə III mərhələ keçirilməyəcək.

Müvafiq keçidə daxil olaraq keçid balları ilə tanış olmaq mümkündür.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?