Bu gün

️İxtisas seçimi bu gün bitir

Ali məktəblərin boş qalan plan yerlərinə və 11 illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlər üçün ixtisas seçimi bu gün, sentyabrın 2-də saat 23:59-da başa çatacaq.

Təhlil.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin məlumatına əsasən, müsabiqədə iştirak etmək hüququ qazanan abituriyentlər seçdikləri ixtisas kodunu istədikləri ardıcıllıqla elektron ərizələrinə daxil edib təsdiqləməlidirlər.

Ali təhsil müəssisələrində boş qalan plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 7-ci sayında dərc olunub.

Kolleclərə qəbul müsabiqəsinə isə buraxılış imtahanında ümumi balı ən azı 50 olan, Azərbaycan və ya rus dili, eləcə də riyaziyyat fənlərinin hər biri üzrə minimum 10 bal toplamış şəxslər buraxılır.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?