Bu gün
“Azeri Light” bahalaşdı

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
Təhlil.az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 4,72 ABŞ dolları və ya 5,08% artaraq 97,61 ABŞ dolları olub
Qeyd edək ki, bundan əvvəl Azərbaycan nefti 92,89 ABŞ dollarına ticarət edilmişdi.
Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.
Builki dövlət büdcəsində “Azeri Light”ın 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Bu gün