Bu gün
Azərbaycan millisi Türkiyəyə qarşı

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatında növbəti oyununu keçirəcək.
Təhlil.az xəbər verir ki, yığmamız 1/8 final mərhələsində Türkiyə seçməsi ilə qarşılaşacaq. İstanbulun “Sinan Erdem” İdman Sarayında keçiriləcək görüş saat 20:00-da başlayacaq.
Cütün qalibi 1/4 finalda Almanya - Belçika görüşünün qalibi ilə üz-üzə gələcək.
Faiq Qarayevin komandası qrup mərhələsində Milli Gimnastika Arenasında 8 xal toplayıb. C qrupunu üçüncü sırada tamamlayan Azərbaycan millisi pley-offa vəsiqə əldə edib.
Cütün qalibi 1/4 finalda Almanya - Belçika görüşünün qalibi ilə üz-üzə gələcək.
Bu gün