Bakının bəzi ərazilərində qaz olmayacaq

Bu gün Xətai, Sabunçu və Suraxanı rayonlarının bir sıra ərazilərində qaz təchizatında fasilə yaranacaq.
Təhlil.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi (İB) məlumat yayıb.
Bildirilib ki, payız-qış mövsümünə hazırlıq, aşkar edilmiş qaz sızmasının aradan qaldırılması və təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər başa çatanadək bir sıra ərazilərdə qaz təchizatı dayandırılacaq.
Belə ki, Xətai rayonunda R.Quliyev, İ.Əbilov, Sadıqcan, Zığ yolu və Cavanşir küçələri, həmçinin Kombinat ərazisi;
Sabunçu rayonunda Ə.Dadaşov, Y.Saratov, M.Kalinin, Ş.Rustaveli və M.İbrahimov küçələri, eləcə də Balaxanı qəsəbəsində Fazenda küçəsi;
Suraxanı rayonunun Zığ qəsəbəsində isə H.Allahverdiyev, Xanlar, N.Gəncəvi, İ.Süleymanov, R.Göyüşov və S.Həmidov küçələri, həmçinin Zığ şosesinin bir hissəsində qaz təchizatında qısamüddətli fasilə yaranacaq.