Bu gün

Avtobus 3 maşını əzib hasara çırpıldı - FOTO

Paytaxtın Nizami rayonunun Bəkir Çobanzadə küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Təhlil.az xəbər verir ki, "Bus Trans" MMC-yə məxsus 51 nömrəli marşrut avtobusu idarəetmədən çıxaraq 3 minik avtomobilinə toqquşub. Daha sonra avtobus hasara çırpılıb.

İlkin məlumata görə, avtobus sürücüsü işıqforda dönmə əməliyyatını düzgün icra etməyib və digər nəqliyyat vasitələrinə çırpılıb. Hadisə zamanı avtobusda sərnişin olmayıb, toqquşan avtomobillərin sürücüləri xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?