Bu gün
Azərbaycanda qadınlar kişilərdən daha çox yaşayır

Azərbaycanda 2025-ci ildə doğulan oğlan uşaqları üçün gözlənilən ömür uzunluğu 74.9 il, qız uşaqları üçün isə 79.3 il olub.
Təhlil.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü illə müqayisədə göstərici oğlanlarda 0.4 il, qızlarda isə 0.1 il artıb.
Belə ki, 2025-ci ildə doğulan qızların gözlənilən ömür uzunluğu oğlanlarla müqayisədə 4.4 il daha çox olub.
Müqayisə üçün, 2000-ci ildə doğulan oğlan uşaqları üçün gözlənilən ömür uzunluğu 68.6 il, qız uşaqları üçün isə 75.1 il təşkil edib.
Bu gün