Dünən
DSX-nın bir sıra hərbçisinə ali hərbi rütbələr verilib

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib
Təhlil.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib.
“general-leytenant” ali hərbi rütbəsi
general-mayor Babək Mürsəl oğlu Ələkbərova
general-mayor Aqşin Ramiz oğlu Məhərrəmova
general-mayor Faiq Həmzəağa oğlu Məmmədova
“general-mayor” ali hərbi rütbəsi
polkovnik Elfan Şakir oğlu Quliyevə