Dünən

Prezident İlham Əliyev Viktor Yuşenko ilə görüşüb - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda səfərdə olan Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko ilə görüşüb.

Təhlil.az xəbər verir ki, bu barədə dövlət başçısı "X" hesabında qeyd edib.

"20 ildən artıq davam edən tanışlığımız əsnasında xoş xatirələrimizi bölüşdük, Azərbaycan–Ukrayna münasibətlərinin möhkəmləndirilməsi istiqamətində gördüyümüz birgə işləri xatırladıq və əlaqələrin gələcək perspektivləri barədə fikir mübadiləsi apardıq. Görüş zamanı Ukraynanın Azərbaycandakı səfiri tərəfindən mənə "İrpin şəhərinin fəxri vətəndaşı" vəsiqəsi təqdim edildi", - deyə paylaşımda qeyd edilib.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?