Bu gün

Azərbaycan gəmilərlə bağlı beynəlxalq konvensiyaya qoşulub

“Gəmilərdə zərərli çirklənmə əleyhinə sistemlərə nəzarət haqqında beynəlxalq Konvensiya”ya qoşulmaq barədə Azərbaycan Respublikasının Qanunu təsdiqlənib.

Prezident İlham Əliyevin imzaladığı qərara əsasən, Azərbaycan Respublikası 2001-ci il oktyabrın 5-də London şəhərində imzalanmış “Gəmilərdə zərərli çirklənmə əleyhinə sistemlərə nəzarət haqqında beynəlxalq Konvensiya”ya qoşulub.

Qeyd edək ki, Milli Məclis iyunun 12-də "Gəmilərdə zərərli çirklənmə əleyhinə sistemlərə nəzarət haqqında beynəlxalq Konvensiya"ya qoşulmaq barədə qanun qəbul etmişdi.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?