Bu gün

İyun ayında 10 gün iş olmayacaq

İyun ayında qeyri-iş günlərinin sayı məlum olub.

Təhlil.az xəbər verir ki, iş vaxtı norması və istehsalat təqviminə əsasən, iyunun 15-i Milli Qurtuluş Günü, 26-sı isə Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür.

Həmin tarixlər Azərbaycanda qeyri-iş günləri hesab olunur.

Beləliklə, şənbə və bazar günləri də daxil olmaqla, iyunda qeyri-iş günlərinin sayı 10 gün təşkil edəcək.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?