Bu gün

"Nine Senses Fest 2026"nın biletləri artıq satışda - FOTOLAR

Bakıda iyunun 12,13,14-də keçiriləcək "Nine Senses Fest 2026"nın biletləri satışa çıxarılıb.

Təhlil.az xəbər verir ki, tədbir şəhərin 6 müxtəlif məkanında və "Sea Breeze" kurort kompleksində baş tutacaq.

Festival çərçivəsində 1500-dən çox iştirakçı və 80-ə yaxın mütəxəssisin bir araya gələcəyi gözlənilir. Layihə Heydər Əliyev Fondunun vitse-prezidenti, Azərbaycan Yoqa Federasiyasının prezidenti və Nine Senses Art Center-in təsisçisi Leyla Əliyevanın dəstəyi ilə həyata keçirilir.

Tədbirin təşkilatçıları "Nine Senses Art Center" və Azərbaycan Yeni Bacarıqlar Akademiyasıdır (ANSA).

Bu ilin festival mövzusu "Köklərdən İnkişafa" olaraq müəyyən edilib. Mövzu insanın özünüdərk prosesindən yetkinliyə doğru inkişaf yolunu əhatə edir.

Festivalın əsas çıxışçıları arasında kriya-yoqa ustası İmram Kriya, psixoloq və kouç Nərgiz Əliyeva, "Neyroqrafika" metodunun müəllifi Pavel Piskaryov və yoqa ustası Bharat Thakur yer alır. Bununla yanaşı, Kənan Məmmədov, Nandan Qautam, Lev İvanov, Vadim Popov və Qafar Qənizadə kimi mütəxəssislər də proqramda iştirak edəcəklər.

Festival çərçivəsində Sufizm Günü də təşkil olunacaq. Proqramda Mövləvi təriqətinin şeyxi Rəşid Mövləvinin təcrübələri və Türkiyədən sufi musiqi ifaçısı Özgür Babanın canlı çıxışı nəzərdə tutulur.

Hər günün sonunda konsert proqramları təqdim ediləcək. Səhnədə Çingiz Mustafayev, Marat Niqmatulin, Aura Ra Performance və İmram Kriya çıxış edəcək.

Festival iştirakçıları üçün səhər saatlarında dəniz sahilində məşqlər, beynəlxalq spikerlərin mühazirə və master-klassları, meditasiya və nəfəs sessiyaları, incəsənət terapiyası proqramları, həmçinin açıq hava aktivlikləri təşkil olunacaq. Eyni zamanda fashion, wellness, beauty və "Handmade in Azerbaijan" kateqoriyalarını əhatə edən yarmarka da fəaliyyət göstərəcək.

Hazırda festival üçün biletlər satışdadır. Mayın 5-dək xüsusi qiymət 130 AZN təşkil edir. Tələbələr və təqaüdçülər üçün isə 40 faiz endirim tətbiq olunur.

Biletləri festivalın rəsmi saytından əldə etmək mümkündür.

 

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?