Dünən

Budanov: "Şimali Koreya Rusiyanın Ukraynaya qarşı istifadə etdiyi sursatların 40%-ni təmin edir"

Budanov: "Şimali Koreya hazırda Rusiyanın Ukraynaya qarşı istifadə etdiyi sursatların təxminən 40%-ni təmin edir"

Təhlil.az xəbər verir ki, Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanov “Bloomberg” agentliyinə açıqlamasında Rusiya ordusunun Ukrayna müharibəsində istifadə etdiyi sursatların 40 faizini Şimali Koreyadan gətirdiyini bildirib.

Budanov qeyd edib ki, Moskva bunun müqabilində Pxenyana pul, texnologiyalar verir və ona sanksiyalardan yayınmağa kömək edir.

“Onların keyfiyyətli silahları, böyük ehtiyatları və 24 saat fasiləsiz işləyən istehsal xətləri var”, – deyə Budanov Şimali Koreya barədə əlavə edib.

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?