Dünən

İsrail: İran ABŞ-nin zərbələrindən sonra zənginləşdirilmiş urana çıxışı bərpa etməyə cəhd edə bilər

İsrail rəsmiləri hesab edir ki, ABŞ-nin hava hücumları nəticəsində vurulmuş İranın nüvə obyektlərindən birinin dərinliklərində basdırılmış zənginləşdirilmiş uran ehtiyatları potensial olaraq bərpa edilə bilər.

Bu fonda ABŞ təsdiq edib ki, xüsusi “bunkerbaster bombaları” hazırlayan Müdafiə Təhlükəsinin Azaldılması Agentliyinin (DTRA) mütəxəssisləri bu sursatların digər İran obyektlərindəki hədəflərə çatıb-çatmadığını qiymətləndirmək üçün hələ də bütün məlumatları əldə etməyiblər.

Təhlil.az xəbər verir ki, Donald Tramp daha əvvəl bəyan edib ki, zərbələr İranın üç nüvə obyektini “tamamilə məhv edib”.

Bununla belə, Pentaqonun və beynəlxalq müşahidəçilərin ilkin qiymətləndirmələri daha ehtiyatlı olub: ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin məlumatına görə, zərbələr Fordo, Natanz və İsfahan obyektlərinə ciddi ziyan vursa da, onları tam məhv etməyib.

Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratklif deyib ki, Amerikanın zərbələri İranın yeganə
metal konversiya obyektini məhv edib və zərər ölkənin nüvə proqramını illərlə geriyə atıb.

Bununla belə, ilkin kəşfiyyat məlumatlarına görə, Fordo və İsfahanda dağıntılar altında xeyli zənginləşdirilmiş uran ehtiyatı qala bilər.

"Zənginləşdirilmiş uranın böyük hissəsi, çox güman ki, hələ də İsfahan ərazisində dağıntılar
altında qalıb. Onu çıxarmaq çox çətin, lakin texniki cəhətdən mümkün olacaq", - İsrail rəsmisi bildirib.

Bu arada ekspertlər xəbərdarlıq edir ki, İran İsrailin zərbələrini və ABŞ-nin mümkün iştirakını gözləyərək, ehtiyatlarının bir hissəsini əvvəlcədən daha təhlükəsiz yerlərə köçürmüş ola bilər.

ABŞ Müdafiə Təhdidlərinin Azaldılması Agentliyinin iki rəsmisi, atılan “Massive Ordnance Penetrators” bombalarının nəzərdə tutulduqları dərinliklərə çata bilib-bilmədiyinə dair məlumatları hələ də gözlədiklərini söyləyib. Həmin məlumatlar hazırda məxfidir.

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?