İsveçin miqrasiya naziri oğlu ilə bağlı qalmaqaldan sonra istefa verməkdən imtina etdi

İsveçin miqrasiya naziri Yohan Forssel 16 yaşlı oğlunun ifrat sağçı ekstremist qruplarla əlaqəsi olduğu aşkar edildikdən sonra istefa vermək fikrində olmadığını bildirib.
Təhlil.az xəbər verir ki, Forssell cümə axşamı günü söhbətin oğlundan getdiyini təsdiqləyərək, yeniyetmənin fəaliyyətindən yalnız bir neçə həftə əvvəl İsveç təhlükəsizlik xidməti olan SAPO tərəfindən xəbərdarlıq edildikdən sonra məlumatlı olduğunu bildirib.
Yəqin ki, bir çox valideyn başa düşə bilər ki, övladlarının sosial mediada etdiklərinə tam nəzarət etmək mümkün deyil”, - Forssell “TV4”ə açıqlamasında deyib.
Əvvəllər ictimai şəkildə siyasi ekstremizmə qarşı çıxış edən və valideynləri yeniyetmələrin davranışlarına qarşı daha məsuliyyətli olmağa çağıran nazir azyaşlını müdafiə etmək üçün hadisə barədə dərhal məlumat verməyib. Forssell deyib ki, o və həyat yoldaşı "ekstremistlərlə əlaqəni kəsən və dərin peşmançılıq keçirən" oğlu ilə “uzun və mənalı söhbətlər” edib. Nazirin sözlərinə görə, SAPO onu əmin edib ki, oğlunun hərəkətləri sosial şəbəkələrlə məhdudlaşır və o, cinayət təhqiqatının predmeti deyil.