Bu gün

Azərbaycan Ermənistandan hansı məhsulu alıb? RƏSMİ AÇIQLAMA

Cari ilin mart ayında Niderland Krallığından 960 ABŞ dollar dəyərində qızıl gül idxal edilib.

Təhlil.az xəbər verir ki, bu barədə  Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Bildirilib ki, “Xarici ticarətin gömrük statistikasının nəşr olunması Qaydası”nın 3.3-cü bəndinə əsasən idxalda malın mənşə ölkəsi tərəfdaş ölkə hesab edildiyindən sözügedən qızıl güllər xarici ticarətin gömrük statistikasında Ermənistandan idxal edilən mallar kimi öz əksini tapıb.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin son hesabatında, bu ilin mart ayında Azərbaycanın Ermənistandan ilk dəfə olaraq 960 ABŞ dolları dəyərində mal idxal etdiyi qeyd edilib.

Bundan başqa, cari ilin yanvar-mart aylarında Azərbaycandan Ermənistana 5,757 milyon ABŞ dolları dəyərində məhsul ixrac olunub.
Məlumata görə, bu göstərici Azərbaycanın ümumi ixracının 0,11 faizini təşkil edib.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?