Bu gün
Sabunçuda yolda baş verən çökmə ilə bağlı rəsmi açıqlama

"Azərbaycan Dəmir Yolları" QSC Bakının Sabunçu qəsəbəsində Abşeron dairəvi dəmir yolu xəttinin üzərində yerləşən və avtomobillərin maneəsiz hərəkəti üçün inşa edilmiş yeraltı yolda baş vermiş çökməyə münasibət bildirib.
Təhlil.az-ın məlumatına görə, qurumdan qeyd edilib ki, tuneldə yolun bir hissəsinin çökməsinə səbəb sonuncu güclü yağıntılar zamanı tunelin çıxışındakı kanalizasiya quyusunun daşması olub.
"Aidiyyəti qurumlarla birgə tunel ərazisində əsaslı təmir işləri aparıldıqdan sonra yolun bərpasına başlanılacaq", - deyə, məlumatda vurğulanıb.
