Bu gün
Bakıda "BakuBus" avtobusu yanıb

Bakı şəhərində sərnişin avtobusunda yanğın baş verib.
Təhlil.az xəbər verir ki, hadisə ilə bağlı məlumat sosial şəbəkədə paylaşılıb.
Bildirilib ki, yanğın səhər saatlarında İnşaatçılar prospektində, Dövlət Statistika Komitəsinin yaxınlığındakı dayanacaqda qeydə alınıb.
"BakuBus" MMC-yə məxsus 99-JU-824 dövlət nömrə nişanlı avtobus alışıb. Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.
Hadisə zamanı sərnişinlər avtobusdan düşürülüb.
Bu gün