Bu gün

Xəzərdə balıqçı batdı, helikopter axtarışa cəlb edildi

Neft Daşlarının yaxınlığında balıqçı dənizdə batıb.

Təhlil.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Hadisə ilə əlaqədar dərhal aidiyyəti qurumlar, o cümlədən Xəzər dənizində üzən gəmilər məlumatlandırılıb.

Hazırda FHN-in Aviasiya dəstəsinin helikopteri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunmaqla dənizdə batdığı ehtimal olunan Osmanov Rahim Ramiz oğlunun axtarışları davam etdirilir.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?