Bu gün

Növbəti köç karvanları Ağdərə və Xocalıya çatıb

Aprelin 14-də doğma yurda yola salınan növbəti köç karvanları Ağdərə rayonunun Vəngli, Çıldıran, Aşağı Oratağ, Heyvalı, Çapar və Xocalı rayonunun Daşbulaq kəndlərinə çatıb.

Təhlil.az xəbər verir ki, ailələrə mənzillərin açarları təqdim edilib.

Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Bu mərhələdə Ağdərə rayonunun Vəngli kəndinə 18 nəfərdən ibarət 4 ailə, Çıldıran kəndinə 5 nəfərdən ibarət 2 ailə, Aşağı Oratağ kəndinə 56 nəfərdən ibarət 9 ailə, Heyvalı kəndinə 13 nəfərdən ibarət 3 ailə, Çapar kəndinə 6 nəfərdən ibarət 2 ailə və Xocalı rayonunun Daşbulaq kəndinə isə 4 nəfərdən ibarət 1 ailə köçürülüb.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?