Bu gün

Minatəmizləmə işlərinin genişləndirilməsi üçün beynəlxalq dəstəyə təcili ehtiyac var - XİN

Minalar Azərbaycanda hələ də insan həyatına son qoymaqda davam edir. 2020-ci il müharibəsindən sonra 422 Azərbaycan vətəndaşı mina qurbanı olub.

Təhlil.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında paylaşım edilib.

"Aprelin 14-də Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşı Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində tank əleyhinə minaya düşərək həlak olub. Onun ailəsinə, yaxınlarına və həmkarlarına dərin hüznlə başsağlığı veririk.

Bu faciə minaların yaratdığı davamlı humanitar təhlükəni və azad edilmiş ərazilərin təhlükəsizliyi üçün çalışan insanların hər gün üzləşdiyi riskləri bir daha açıq şəkildə göstərir. Minatəmizləmə işlərinin genişləndirilməsi üçün beynəlxalq dəstəyin artırılmasına təcili ehtiyac var", - deyə paylaşımda qeyd olunub.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?