Dünən
Azərbaycanda əhalinin gəlirləri artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 22 milyard 359,1 milyon manata bərabər olub.
Təhlil.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7% çoxdur.
Bundan başqa, bu ilin yanvar-fevral aylarında isə ölkədə orta aylıq nominal əməkhaqqı 1 min 99,1 manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 5,3% artım deməkdir.
Bu gün
Bu gün