Bu gün

Sürücülük vəsiqələrimiz Belarusda da tanınacaq

Milli Məclis Azərbaycanla Belarus arasında daha bir yeni sazişi ratifikasiya edib. 

Təhlil.az xəbər verir ki,  parlamentin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb. 

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq təsdiq edilib. 

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?