Bu gün

Son 10 ildə imtahanlardan 6 milyondan çox şəxs keçib

Son 10 il ərzində imtahan zallarımızdan 6 milyondan çox insan keçib.

Təhlil.az xəbər verir ki, bunu DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzinin yaradılmasının 10 illik yubileyi münasibətilə keçirilən “Qiymətləndirmə Sistemləri: Etimad, Şəffaflıq və İnnovasiya” mövzusunda beynəlxalq elmi-praktik konfransda bildirib.

Onun sözlərinə görə, DİM-in yanaşması qlobal dünyada beynəlxalq qiymətləndirmə standartları ilə inteqrasiya sayəsində qəbul edilmiş bir modelə çevrilib:

"Hər il 15 milyondan çox elektron xidmət göstərərək, rəqəmsal idarəetmə prinsiplərini gündəlik həyata tətbiq edirik. Respublika üzrə təxminən 15 min təşkilatçı (imtahan rəhbərləri və nəzarətçilər), müxtəlif bilik sahələri üzrə 7 min ekspert və 5 min müəllif və markerimiz var", o bildirib.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?