Bu gün
Universitetə qəbulda yenilik: hər şey mygov üzərindən olacaq

Təhsil müəssisələrinə elektron tələbə qəbulu ilə bağlı yeni mərhələr müəyyənləşdirilib.
Təhlil.az xəbər verir ki, tələbə qəbulu mygov-a inteqrasiya edilir.
Belə ki, xidmətin mygov platformasında istifadəyə verilməsinin (istismar mühitində) 2026-cı il iyulun 1-nə qədər təmin edilməsi nəzərdə tutulur.
Xidmətin mövcüd iş axının 30 iyun 2026-cı ilə qədər təqdim edilməsi, 18 iyul 2026-cı ilə qədər isə Xidmətin təkmilləşdirmələr nəzərə alınmaqla yeni iş axınının təqdim edilməsi və razılaşdırılması nəzərdə tutulur.
Layihənin icrasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi iştirak edir.
Bu gün