Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması ödənişli olacaq

2026-cı ildə Azərbaycanda tikinti obyektlərinin yüksək gərginlikli şəbəkəyə qoşulma haqqı müəyyən ediləcək.
Təhlil.az xəbər verir ki, qış aylarınadək bununla bağlı normativ hüquqi baza təkmilləşdiriləcək.
Belə ki, “Azərişıq” ASC, Energetika Nazirliyinin Enerji Məsələlərini Tənzimləmə Agentliyi və “Azərenerji” ASC ilə birlikdə 2026-cı il noyabrın 1-dək tikinti obyektlərinin yüksək gərginlikli şəbəkəyə qoşulması haqqının müəyyən edilməsi barədə təklifləri hazırlayıb və aidiyyəti üzrə təqdim etməlidir.
Həmçinin, dekabrın 1-dək beynəlxalq standartlar və təcrübə nəzərə alınmaqla elektrik doldurma məntəqələri üzrə yanğın təhlükəsizliyi tələblərinin təkmilləşdiriləcək, habelə bu sahədə normativ hüquqi bazanın gücləndirilməsi barədə təkliflər hazırlanıb və aidiyyəti üzrə təqdim ediləcək.