Hər rayonun maliyyə xəritəsi açıldı

Mərkəzi Bank iqtisadi təhlil və qərarverməni asanlaşdırmaq üçün yeni “İnteraktiv statistik məlumat bazası” olan Naviqasiya sistemini istifadəyə verib.
Təhlil.az xəbər verir ki, bu platforma həm yerli, həm də xarici istifadəçilər üçün Azərbaycan və ingilis dillərində, müasir və funksional interfeysdə hazırlanıb.
Sistemdə istifadəçilər 5 əsas bölmə üzrə məlumatları vizual cədvəllər, qrafiklər və statistik lövhələr şəklində əldə edə bilərlər:
Makroiqtisadi statistika
Monetar statistika
Maliyyə sektorunun statistikası
Ödəniş sistemlərinin statistikası
Xarici sektorun statistikası
Ən maraqlı yenilik isə “Dinamik xəritə” bölməsidir. Burada ölkənin şəhər və rayonları üzrə əsas maliyyə göstəricilərini interaktiv şəkildə təhlil etmək mümkündür. Yəni statistik məlumatlar coğrafi baxışla təqdim olunur.
Bu baza yalnız gündəlik istifadə üçün deyil, həm də elmi tədqiqatlar, proqnoz modelləri, analitik arayışlar və maliyyə qərarlarının əsaslandırılması üçün ideal alət rolunu oynayacaq. Gələcəkdə isə bazanın daha da genişləndirilməsi planlaşdırılır.
Yeni platforma artıq Mərkəzi Bankın rəsmi saytının Statistika bölməsinə inteqrasiya edilib.
İstifadə etmək istəyənlər üçün keçid: