08 aprel

“Həzi Aslanov”da işlər bitir, qatarların hərəkəti əvvəlki qaydada olacaq

2026-cı ildə əsas hədəf “Həzi Aslanov” stansiyasında dalan yolunun tikinti-quraşdırma işlərini sentyabr ayında, yeni tədris ili başlamazdan əvvəl başa çatdırmaqdır.

Təhlil.az xəbər verir ki, bu barədə bu gün "Bakı Metropoliteni" QSC-nin Tikinti Layihələrinin İdarəedilməsi departamentinin rəisi Məmməd Rzayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bununla əlaqədar olaraq “Əhmədli” və “Həzi Aslanov” stansiyaları arasında tətbiq olunan məkik hərəkəti ləğv ediləcək və qatarların hərəkəti əvvəlki qaydada bərpa olunacaq.