Bu gün

XİN-də iş imkanı: qeydiyyat başladı

Xarici İşlər Nazirliyində (XİN) diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır.

Təhlil.az xəbər verir ki, müsabiqədə iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinin internet portalında “Xarici İşlər Nazirliyinə qəbul üzrə müsabiqədə iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək zəruridir.

Bildirilib ki, müsabiqədə iştirak üçün qeydiyyat 10 aprel 2026-cı il saat 10:00-dan 10 may 2026-cı il saat 18:00-dək davam edəcək.

Qeydiyyat üçün xidmət yalnız sözügedən tarixlərdə aktiv olacaq.

Müsabiqə prosesi barədə daha ətraflı məlumatla bu keçiddə tanış olmaq mümkündür.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?