Bu gün

Bakıda ağac aşdı - FOTO

Paytaxtın Xətai rayonu Neapol küçəsində ağacın aşması nəticəsində nəqliyyatın hərəkəti dayanıb.

Təhlil.az xəbər verir ki, ağacın uzunluğu 18-20 metr, diametri 45-50 santimetr olub.

Köməkçi yolda ağacın aşması nəticəsində yol müvəqqəti olaraq bağlanıb.

Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları operativ şəkildə hadisə yerinə yollanıblar.

Görülən təxirəsalınmaz işlər nəticəsində qırılmış ağac yoldan götürülüb, nəqliyyatın hərəkəti bərpa olunub.