Metroda sərnişin axınına qarşı kritik dəyişiklik

"Bakı Metropoliteni" QSC qatarların hərəkət qrafikinin optimallaşdırılması və sərnişin axınının tənzimlənməsi istiqamətində növbəti yeniliklər edib.
Təhlil.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.
Məlumata əsasən, sərnişin sayında müşahidə edilən artım nəzərə alınaraq, texniki sistemlərdə aparılan təkmilləşdirmə və rəqəmsal həllərin tətbiqi sayəsində pik vaxtlarda "28 May–Əhmədli" sahəsində hər iki istiqamətdə saatda 36 cüt qatar hərəkət edir, günorta saatlarında – 12:30-14:30 və 16:00-17:00 aralıqlarında Yaşıl və Qırmızı xətlərdə 30 saniyə azaldılmış interval tətbiq olunur, səhər, günorta və axşam saatlarında xətlərə "Koroğlu", "28 May", "Gənclik" və "Elmlər Akademiyası" stansiyalarına qədər sərnişinsiz hərəkət edən qatarlar verilir.