Bu gün

AFFA-nın gəlirləri məlum oldu

2025-ci ildə AFFA-ya daxil olan maliyyə vəsaitinin məbləği açıqlanıb.

Təhlil.az xəbər verir ki, milli assosiasiyaya ümumilikdə 61 milyon 437 min 894 manat vəsait daxil olub.

Gəlirlərin böyük hissəsi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payına düşür - 26 milyon manat (42,3 faiz).

AzərMaşdan 11 milyon manatdan çox, UEFA-dan 6,4 milyon manat, SOCAR-la qrant müqaviləsindən 5,3 milyon manat və UEFA-dan yayıma görə 4,9 milyon manat daxil olub.

Bundan əlavə, FIFA-dan 2,8 milyon manat, “Paşa Sığorta”dan 1,9 milyon manat, digər mənbələrdən isə 1,2 milyon manatdan çox vəsait əldə edilib.

Hesabatda həmçinin “Paşa Həyat”, “Ensol” MMC, “Carlsberg” və “Azərlotereya” kimi tərəfdaşların da AFFA-nın gəlirlərində pay sahibi olduğu qeyd olunub.

Milli komandalara xərclənən vəsait isə 27 milyon 881 min 267 manat təşkil edib.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?