Bu gün

Ümumdünya Autizm Məlumatlandırma Gününə aid tədbir keçirilib  - FOTOLAR

2 Aprel – Ümumdünya Autizm Məlumatlandırma Günü ilə bağlı Sənaye və Texnologiya Kollecində tədbir keçirilib.

Təhlil.az xəbər verir ki, əvvəl Ulu Öndərin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səslənib.

Daha sonra "Dekorativ-tətbiqi sənət" (zərgərlik) və "Dizayn" (qrafik dizayn) ixtisası tələbələrinin əl işlərindən ibarət sərgiyə baxış olub. 

Tədbirdə Milli Məclisin Komitə sədri Hicran Hüseynova, deputatlar Hikmət Babaoğlu, Vüqar Rəhimzadə, Pərvanə Vəliyeva, Günay Ağamalı, Elman Nəsirov, YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Dost İnklüziv Mərkəzinin direktor müavini Mətanət Məmmədova, bəstəkar-müğənni Elza Seyidcahan, şair Baba Vəziroğlu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin əməkdaşı Həsən Əliyev, Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov, Səbail Rayon İcra Hakimiyyəti başçısının nümayəndəsi Gülnar Məmmədova, YAP Nizami rayon təşkilatının nümayəndəsi Aytac Məhərrəmli, ATU-nun prorektoru Rəşad Əliyev, “Vətənpərvərlik” Maarifləndirmə İctimai Birliyinin sədri Aynur İsayeva və Azərbaycan İncəsənət Məktəbinin təsisçisi, rejissor Fərid Bağırov iştirak ediblər.

Tədbirdə kollecin direktoru, professor Nasim Abışov, Milli Məclisin Komitə sədri Hicran Hüseynova, şair Baba Vəziroğlu və Azərbaycan İncəsənət Məktəbinin təsisçisi, rejissor Fərid Bağırov çıxışlarında bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva həssas kateqoriyalı gənclərə daim diqqət göstərirlər.

Daha sonra Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü və ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecinin təşkilatçılığı ilə “2 Aprel – Ümumdünya Autizm Məlumatlandırma Günü”nə həsr olunmuş “Məni dinləyin…” adlı həssas kateqoriyalı gəncin ifasında hazırlanmış sürrealist üslubda tamaşa göstərilib. Əsədzadə Fatimə Vasif qızı və Əkbərli Sunay Samir qızı “Məni dinləyin…” adlı monotamaşanı uğurla təqdim etdiklərinə görə onlara kollecin direktoru Nasim Abışov tərəfindən təşəkkürnamə və kollecdə “Zərgərlik” emalatxanasında tələbələr tərəfindən hazırlanmış qiymətli hədiyyə təqdim edilib.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?