Bu gün

Xankəndidə “V” formasında unikal layihə inşa olunur - FOTOLAR

Ağdam-Xankəndi dəmir yolu xətti ilə yanaşı, Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin tikintisinə də başlanılıb.

Təhlil.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Bildirilib ki, kompleks gözləmə zalı, əyləncə mərkəzi, istirahət guşələri, mağaza və restoranlardan ibarət olacaq. Kompleks ərazisində Qarqarçayın sahilində bulvarın inşası da nəzərdə tutulub.

Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksi Vətən müharibəsinin rəmzi kimi 44 sütun üzərində və “V” (“victory”, yəni qələbə) hərfi formasında layihələndirilib.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?