Bu gün
Azərbaycan milli komandası beynəlxalq turnirdən 11 qızıl medalla qayıdıb - FOTOLAR

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Çin Döyüş Növləri Assosiasiyasının milli yığma komandası Yunanıstanda keçirilən beynəlxalq Uşu və Vinq Çun turnirində böyük heyətlə təmsil olunub.
Təhlil.az xəbər verir ki, komanda, Assosiasiyanın Baş Katibi Arzuman Rəsulzadənin rəhbərliyi altında, həm Uşu, həm də Vinq Çun idman növlərində çıxış edərək yüksək nəticələr əldə edib.
Yarışda 23 idmançı ilə təmsil olunan komandamız turniri ümumilikdə 21 medal ilə başa vurub.
Bunlardan 11-i qızıl, 4-ü gümüş, 6-sı bürünc medaldır.
Yüksək peşəkarlıq və fiziki hazırlıq tələb edən yarışda milli komandanın əldə etdiyi bu nəticə, Azərbaycan idmanının beynəlxalq səviyyədə təmsil olunmasında mühüm rol oynayır.
Bu gün