31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib

Azərbaycan xalqına qarşı edilən soyqırıma hüquqi-siyasi qiymətin verilməsində Ümumilli lider Heydər Əliyevin müstəsna rolu olub.
Təhlil.az xəbər verir ki, bu fikirləri Sənaye və Texnologiya Kollecinin 31 Mart Soyqırım günü ilə bağlı keçirilən tədbirdə kollecin tərbiyə işləri üzrə direktor müavini Asəf Məmmədov səsləndirib.
Çıxışdan əvvəl Soyqırım qurbanlarının və Vətən uğrunda şəhid olan oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Vüsalə Əbdürrəhimova tədbirlə əlaqədar ətraflı məlumat verib.
Kollecin tarix müəllimləri Aynur Ağayeva və İlahə Hüseynova soyqırımla bağlı tələbələrə tarixi faktları çatdırıb.
Tarix boyu ermənilərən Azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərdən söhbət açıblar.
Sonda 31 Mart Azərbaycanlıların Soyqırımına həsr olunmuş videoçarx nümayiş etdirilib.