31 mart

Adılbek Kasımaliyev Azərbaycana işgüzar səfər edəcək

Qırğızıstan Nazirlər Kabinetinin sədri - Prezident Administrasiyasının rəhbəri Adılbek Kasımaliyev aprelin 1-2-də Azərbaycana işgüzar səfər edəcək.

Təhlil.az xəbər verir ki, bu barədə Qırğızıstan Nazirlər Kabinetindən məlumat verilib.

Səfər çərçivəsində Adılbek Kasımaliyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/vitse-prezidentlərinin ikinci iclasında iştirak edəcək.