Bu gün
Yeni yaradılan agentliyə direktor təyin olundu

Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinə direktor təyin edilib.
Təhlil.az xəbər verir ki, bununla bağlı müvafiq Əmr imzalanıb.
Əmrə əsasən, bu vəzifəyə Fərid Baxşıyev təyinat alıb.
F.Baxşıyev daha əvvəl Maliyyə Nazirliyində, Azərbaycanın Mərkəzi Bankında, Dünya Bankında, Azərbaycan Dəmir Yolları QSC-də və digər qurumlarda rəhbər vəzifələrdə çalışıb.
Xatırladaq ki, Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi Prezidentin 30 dekabr 2025-ci il tarixli Fərmanı ilə yaradılıb.
Bu gün
Bu gün
19 mart