Bu gün

Pensiyalar ödənildi, sosial ödənişlər də bayramlara qədər veriləcək

Bayramlarla əlaqədar olaraq respublika üzrə mart ayının pensiya ödənişləri qrafikdən əvvəl başa çatdırılıb.

Təhlil.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Martın 6-da Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda, habelə Naxçıvan Muxtar Respublikasında, bu gün isə Azərbaycanın bölgələrində qeydiyyatda olan şəxslərin mart ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Bu ayın müavinət, təqaüd və ünvanlı sosial yardımları da qrafikdən əvvəl olmaqla Novruz və Ramazan bayramlarına qədər ödəniləcək.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?