Bu gün

Adil Kərimli Türk dünyasının teatr nümayəndələri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTOLAR

Mədəniyyət naziri Adil Kərimli Azərbaycanın və Türk dünyası ölkələrinin teatr təmsilçiləri ilə görüşüb.

Təhlil.az xəbər verir ki, görüşdə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Dövlət Teatrlarının baş direktoru Tamer Karadağlı, Teatr Xadimləri İttifaqının sədri Xalq artisti Hacı İsmayılov, Özbəkistanın Xalq artisti Yodqar Sağdiyev, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru, Azərbaycanın Xalq artisti Cahangir Novruzov, İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) Şəhər Teatrlarının baş bədii rəhbəri Ayşəgül İşsever, İstanbul Böyükşəhər Teatrlarının aktrisası, Azərbaycanın Əməkdar incəsənət xadimi Məlahət Kalyoncu, Akademik Milli Dram Teatrının direktoru Əməkdar mədəniyyət işçisi İlham Əsgərov və Xalq artisti Samir Cəfərov iştirak ediblər.

Nazir Azərbaycanın mədəniyyət təqvimində xüsusi yer tutan Milli Teatr Günü münasibətilə təbriklərini çatdırıb, Azərbaycanda teatr sənətinin inkişaf yolundan söz açıb.

O, Prezident İlham Əliyev tərəfindən mədəniyyətin digər sahələri kimi, teatr sahəsinin də inkişafına yüksək diqqət və qayğı göstərildiyini diqqətə çatdırıb.

Söhbət zamanı türk dünyasında mədəniyyət sahəsi üzrə əməkdaşlığın genişləndirilməsi, teatr kollektivlərinin qarşılıqlı qastrol səfərlərinin, birgə festival və müsabiqələrin təşkili, təcrübə mübadiləsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?