Bu gün

Bu gün Azərbaycanda Yel çərşənbəsidir

Novruza aparan dörd çərşənbədən üçüncüsü olan Yel çərşənbəsi xalq arasında “külək çərşənbəsi” kimi də tanınır.

Təhlil.az xəbər verir ki, inanca görə bu gün əsən küləklər təbiəti oyadır, ağacları silkələyir, torpağa və suya hərəkət verir. Xalq inanclarında deyilir ki, məhz külək baharın gəlişinin xəbərçisidir və qışın son nəfəsini aparır.

Qədim inanclara görə, Yel çərşənbəsində əsən küləklər sanki təbiətə can verir. İnsanlar bu günü oyanışın, yenilənmənin və baharın yaxınlaşmasının rəmzi kimi qəbul edirlər.

Novruza qədər qeyd olunan dörd çərşənbə – Su, Od, Yel və Torpaq çərşənbələri – təbiətin tədricən dirçəlməsini ifadə edir. Yel çərşənbəsi isə bu prosesin ən canlı mərhələlərindən biri sayılır.

Bu gün Azərbaycanda ailələr tonqal qalayır, evlərdə bayram süfrələri açılır və insanlar baharın gəlişini böyük ümidlə qarşılayırlar.