Bu gün

"ChatGPT" Azərbaycandakı bazar payını itirir

Ötən ay Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) süni intellekt (AI) "chatbot"u olan "ChatGPT"nin bazar payı 83,09 % təşkil edib. Bu, əvvəlki aya nisbətən 1,53 faiz bəndi azdır.

Təhlil.az xəbər verir ki, bu barədə "Statcounter" agentliyinin son hesabatında qeyd edilib.  

Sənədə əsasən, "ChatGPT"nin bazar payı ardıcıl olaraq 3-cü aydır azalır (ümumi azalma 12 % təşkil edib).

İkinci pillədəki "Google Gemini"nin bazar payı ay ərzində 1,60 faiz bəndi artaraq 11,62 % təşkil edib.

Növbəti yerdə qərarlaşan "Perplexity"nin bazar payı ötən ay 0,11 faiz bəndi artaraq 2,79 % olub.

Dördüncü yerdəki "Microsoft Copilot"un bazar payı 1,63 % olub. Bu, əvvəlki ayın göstəricisindən 0,60 faiz bəndi azdır.

İlk beşliyi 0,87 %-lik bazar payı ilə "Claude" qapayır. Onun payı əvvəlki ayla müqayisədə 0,42 faiz bəndi artıb.

Müxtəlif platformaların bazar payına görə AI "chatbot"larının ilk beşliyi aşağıdakı kimidir:

Kompüterlərdə:

"ChatGPT" – 83,27 % (əvvəlki aya nisbətən 1,27 faiz bəndi az);

"Google Gemini" – 10,96 % (+1,40 faiz bəndi);

"Perplexity" – 3,02 % (-0,02 faiz bəndi);

"Microsoft Copilot" – 1,77 % (-0,59 faiz bəndi);

"Claude" – 0,98 % (+0,47 faiz bəndi).

Mobil cihazlarda:

"ChatGPT" – 81,73 % (-2,99 faiz bəndi);

"Google Gemini" – 16,75 % (+2,78 faiz bəndi);

"Perplexity" – 1,02 % (ötən ay 0 % olub);

"Microsoft Copilot" – 0,51 % (-0,80 faiz bəndi);

Planşetlərdə:

"ChatGPT" – 100 % (dəyişməyib);

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?