Bu gün

Anar Kərimova daha bir vəzifə verilib

Maliyyə nazirinin birinci müavini Anar Kərimova daha bir vəzifə verilib.

Təhlil.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, Anar Kərimov “Aqrarkredit” QSC-nin “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-dən aldığı problemli aktivlərin əvəzində mövcud qanunvericiliyə uyğun olaraq əldə edilmiş və balansında olan, balans dəyəri 1 milyon manatdan çox olan əmlakların, yerli və xarici aktivlərin və ya onlar üzrə borcların tələb hüquqlarının satılması və kənar idarəçilərə idarəetməyə verilməsi üzrə Müsabiqə Komissiyasına yeni sədr təyin olunub.

Qeyd edək ki, Komissiyanın əvvəlki sədri maliyyə nazirinin sabiq müavini Azər Bayramov idi.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?