Gecə-gündüz işləyənlər üçün təhlükə siqnalı

Bir çox insan fasiləsiz işləməyin uğura aparan əsas yol olduğunu düşünür. Lakin rusiyalı psixoloq Dmitri Deulinin sözlərinə görə, həddindən artıq işləmək orqanizmi tədricən sıradan çıxarır və ciddi fəsadlara səbəb olur.
Təhlil.az-ın məlumatına əsasən, davamlı yüklənmə insanı elə həddə çatdırır ki, 35-40 yaşdan etibarən psixofizioloji aşınma başlayır və iş qabiliyyəti nəzərəçarpacaq dərəcədə zəifləyir.
Onun fikrincə, “saxta məhsuldarlıq” anlayışı ciddi risklər yaradır: xroniki yorğunluq, peşəkar tükənmə, davamlı stress, psixosomatik pozuntular və bəzi hallarda alkoqolizmə meyil formalaşır. Həddindən artıq iş rejimi ailə münasibətlərinə də mənfi təsir göstərir.
Bu, yaxınlarla münaqişələrin artmasına, anlaşılmazlıqlara, nikahların pozulmasına və emosional uzaqlaşmaya səbəb ola bilər. Psixoloq əlavə edir ki, bəzi hallarda işəgötürənlər də problemi dərinləşdirirlər.
Onlar qısamüddətli mənfəəti üstün tutaraq əməkdaşları yüksək performans adı altında həddən artıq işləməyə sövq edir, uzunmüddətli sağlamlıq risklərini isə nəzərə almırlar.