İtmiş telefonunuzu tapmağın ən sürətli yolları

Telefonunuzu haradasa qoyub unutmusunuz, yoxsa oğurlandığından şübhələnirsiniz? Panikaya düşməyə tələsməyin. Apple istifadəçilərə “iPhone”u tapmaq üçün bir neçə effektiv üsul təqdim edir. Doğru addımlarla smartfonunuzun yerini qısa müddətdə müəyyənləşdirmək mümkündür.
Təhlil.az xəbər verir ki, birinci üsul “Apple Watch” vasitəsilə axtarışdır. Əgər saatınız telefonla əlaqəlidirsə, sadəcə bir düymə ilə “iPhone”a siqnal göndərə və onun səs çıxarmasını təmin edə bilərsiniz. Telefon divanın altında, çantanın içində və ya yaxın məsafədədirsə, bu üsul ən sürətli həll yoludur.
İkinci və ən etibarlı metod “iCloud” üzərindən axtarışdır. iCloud hesabınıza daxil olaraq “Cihazı tap” funksiyasını aktivləşdirə bilərsiniz. Xəritədə telefonun təxmini yerini görmək, səs siqnalı vermək, hətta cihazı uzaqdan kilidləmək və ya məlumatları silmək mümkündür. Bu üsul xüsusilə oğurluq şübhəsi olduqda vacibdir.
Üçüncü yol Siri vasitəsilə tapmaqdır. Əgər Siri aktivdirsə, sadəcə səslənmək kifayətdir. Telefon cavab verəcək və yerini müəyyən etməyə kömək edəcək. Ev və ya ofis daxilində itirdiyiniz hallarda bu metod çox rahatdır.
Dördüncü üsul isə “Google Maps Timeline” funksiyasıdır. Əgər "Google Maps" tətbiqindən istifadə etmisinizsə və “Location History” aktiv olubsa, “Google” hesabınıza daxil olaraq telefonun son olduğu məkanları xəritədə görə bilərsiniz. Cihaz hazırda bağlı olsa belə, son aktiv olduğu nöqtəni müəyyən etmək mümkün olur.
Bu dörd üsul itmiş və ya oğurlandığından şübhələndiyiniz “iPhone”un yerini tapmaq üçün real və praktik imkanlar təqdim edir. Əsas şərt isə bu funksiyaların əvvəlcədən aktiv edilməsi və hesab məlumatlarının qorunmasıdır.